Portfolio Preparation for International Art Universities

Kurs Haqqında
Portfolio Preparation for International Art Universities kursu, xarici ali təhsil müəssisələrinə müraciət edən tələbələr üçün xüsusi hazırlanmış intensiv proqramdır. Dərslərdə tələbənin seçdiyi ixtisas istiqamətinə uyğun fərdi portfolio hazırlanır. Prosesə eskizlər, akademik rəsm, rəng və kompozisiya işləri, eləcə də yaradıcılıq layihələri daxildir. Kurs zamanı tələbələr həm texniki, həm də konseptual baxımdan güclü işlər hazırlayır, portfolio beynəlxalq universitetlərin tələblərinə uyğun şəkildə formalaşdırılır. Təcrübəli müəllim rəhbərliyi ilə hər bir iş peşəkar standartlara uyğun tamamlanır və müraciət üçün hazır vəziyyətə gətirilir. Bu proqram xaricdə incəsənət, dizayn, memarlıq və digər yaradıcı sahələrdə təhsil almaq istəyən tələbələr üçün idealdır.
