
Sənətin Hekayəsini Birlikdə Yazaq

Yaradıcılıqla Nəfəs Alan Məkan
Dugi Studio, peşəkar və sistemli rəssamlıq tədrisi təklif edən yaradıcı studiyadır. Kursumuz rəssamlıq sahəsinə ciddi şəkildə marağı olan hər kəs üçün nəzərdə tutulub: həm qabiliyyət imtahanına hazırlaşan abituriyentlər, həm də akademik əsaslarla rəsm öyrənmək istəyənlər üçün. Tədris akademik proqram əsasında qurulub və burada perspektiv, kompozisiya, natürmort, fiqur, insan anatomiyası, işıq-kölgə, portret və rənglə işləmə bacarıqları öyrədilir. Həm yeni başlayanlar, həm də müəyyən təcrübəsi olanlar üçün uyğundur.
Təsisçi ilə Tanış Olun
Hakim Dugi
Hakim Dugi – 26 yaşım var və uşaqlıqdan təsviri sənətlə məşğulam. İncəsənət sahəsində ilk addımlarımı Əzim Əzimzadə adına Uşaq Rəssamlıq Məktəbində atmışam. Daha sonra təhsilimi Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında bakalavr və magistr pillələri üzrə davam etdirərək ixtisaslaşmışam. Rəssamlıq üzrə akademik təhsilim və illərlə qazandığım təcrübə bu sahəyə həm elmi, həm də yaradıcı yanaşma formalaşdırmağıma şərait yaradıb. Hazırda təsviri sənət üzrə akademik tədris proqramı əsasında abituriyent hazırlığı ilə məşğulam. Kursumuzda yalnız Rəssamlıq Akademiyası deyil, Azərbaycandakı bütün qabiliyyət tələb edən universitetlərə qəbul üçün nəzərdə tutulmuş dərslər keçirilir. Dərslərimizə həmçinin rəssamlığa marağı olan yeniyetmələr və həvəskarlar da qoşula bilər. Müəllim kimi məqsədim təkcə texniki bacarıqları öyrətmək deyil, tələbənin estetik düşüncə tərzini formalaşdırmaq, yaradıcılığını inkişaf etdirmək və onun öz potensialını kəşf etməsinə dəstək olmaqdır. Hər bir tələbəyə fərdi yanaşır, onun hazırkı səviyyəsini və məqsədini nəzərə alaraq istiqamət veririk. Kursumuzda sifariş və ya kommersiya yönlü işlər qəbul edilmir – bütün diqqət və resurslar tədris prosesinə və tələbənin uğuruna yönəldilib. Tələbələrim hər il yüksək nəticə ilə universitetlərə qəbul olur, bu da mənim üçün ən böyük qürur mənbəyidir.

